Yazını böyüt
Yazını kiçilt
Özbək əsilli əfqan general Rəşid Dostum Ankaradakı iqamətgahından mətbuata açıqlama verib.
Hafta.az-ın yazdığına görə, Dostum Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyinə qarşı ABŞ və digər Qərb ölkələrindən dəstək istəyini təkrarlayıb.
Dostum dünya dövlətlərindən, xüsusən də ABŞ-dan ona dəstək vermələrini tələb edib. Onun fikrincə, Talibanı məğlub etmək üçün onlara mütləq siyasi dəstək də verilməlidir.
Dostum “keçmişdə olduğu kimi bu gün də Talibanı məğlub edə bilərik” deyərək qeyd edib ki, bunun üçün onların tank və təyyarə kimi hərbi texnikaya deyil, siyasi dəstəyə ehtiyacları var.