Rəsmi Moskva regionu kiminləsə bölüşmək istəmir – Partiya sədri

16:12 29.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın rəsmi sözçüsü Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlanması Moskvanın regionu heç kəslə bölüşmək niyyətində olmadığı mesajını bir daha verdi”.

Bunu hafta.az-a ALDP sədri Fuad Əliyev M.Zaxarovanın “Zəngəzur dəhlizi ətrafında mübahisələrin həlli üçün ən yaxşı format Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə yaradılan işçi qrupudur”  fikirlərini şərh edərkən bildirib.

Partiya sədri bildirib ki, Rusiyanın bu mövqeyi artıq 44 günlük müharibədən əvvəl daha açıq şəkildə meydana çıxmağa  başlamışdı.

“Hətta ölkə ictimaiyyəti minalanmış xəritələrin Rusiyada olduğunu qeyd edərək, Qarabağ manqişəsinin açarının da Rusiyada olduğunu deyirdi. Reallıq budur ki, Rusiya 44 günlük müharibədə kənarda dayandı. Üstəlik, öz öhtəsinə götürdüyü missiyanı az qala 30 il həyata keçirə bilməyən ATƏT-in Minsk Qrupu təbii olaraq fəaliyyətsiz qurum kimi Azərbaycan tərəfindən qəbul olunmadı. Ölkə ictimaiyyəti istər rəsmi, istərsə də qeyri-rəsmi müstəvidə Minsk Qrupunun buraxılmasını tələb etdi. Belə bir vaxtda regionun əsas orbitri olan Rusiya təşəbbüsü ələ ala bildi. Qarabağ məsələsinin həlli prosesində vasitəçiliyi Vətən Müharibəsində sərgilədiyi mövqe ilə bir daha nümayiş etdirdi. Rusiya regionun əsas güc dövləti olaraq regionda qalmaq imkanını gücləndirdi. Buna baxmayaraq Türkiyə də regiondadır”.

F.Əliyev hesab edir ki, Rusiyanın bu mövqeyi regionla bağlı məsələlərdə qərb dövlətlərini – xüsusilə Fransa və Amerikanı kənarda saxlamaq iddiasından irəli gəlir.

“Qərbin Rusiyaya mövqeyi, həyata keçirdiyi sanksiyaları bəllidir. Türkiyənin də Avropa Birliyinə qatılması ilə bağlı maniələr var. Bu Türkiyə ilə Rusiyanı yaxınlaşdırır.