Respublikaçıların ən böyük sponsoru Trampdan üz çevirdi

16:51 17.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “Blackstone” investisiya şirkətinin baş direktoru və ABŞ Respublikaçılar Partiyasının əsas sponsoru Stiven Şvartsman 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayan ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləməyəcəyini bildirib. Bu barədə hafta.az Axios portalına istinadən xəbər verir.

“Amerika liderləri dünənə deyil, bu günə və sabaha diqqət yetirdikdə daha yaxşı olar... Respublikaçılar Partiyasının yeni nəslin liderlərinə müraciət etmə vaxtıdır və mən prezident seçkilərində onlardan birini dəstəkləmək niyyətindəyəm”, Şvartsman bildirib.

Qeyd edilir ki, Şvartsman Trampa yaxın olub, onunla ticarət məsələlərində fəal əlaqə saxlayır və Trampın prezidentliyi illərində Ağ Evdə real təsirə malik olub.