Müasir dövrümüzdə, cüsusilə gənclər restoran və kafelərdə yeməyə daha çox maraq göstərirlər. Amma bu hamının cibinə uyğundurmu?
Hafta.az-ın yazdığına görə, xüsusilə Avropa və Amerikada restoranlarda nahar və ya şam etmək çox baha başa gəlir. Bu mənada, məslən, iki nəfərlik ailənin Avropa restoranında nahar etməsi hətta irəlidə onlara yük yarada bilər.
İsveçrədə belə bir yeməyin orta qiyməti 11200 rubla (140 dollar) çatdığı halda, İslandiyada bu rəqəm 10800 rubl (135 dollar) təşkil edir.
Dünya üzrə iki nəfər üçün restoranda nahar və ya şam etməyin orta qiyməti 3950 rubl (50 dollar) təşkil edir.
Ancaq restoranda yemək yalnız Avropada baha başa gəlmir. Məsələn, Kamerunda nahar etmək 113 dollar, Danimarkada 107 dollar, Barbadosda 101 dollar, Norveçdə 97 dollar, Belçikada 91 dollar, İrlandiyada 91 dollar, Lüksemburqda 91 dollar, Hollandiyada 91 dollar və sair hesablanır.
Şimal qonşumuz Rusiyada iki nəfərlik yemək Avropadakından üç dəfə ucuz - orta hesabla 34 dollara başa gəlir.
Araşdırmaya əsasən, ən ucuz restoranlar Banqladeşdədir. Burada iki nəfər cəmi 13 dollara nahar və ya şam edə bilər. Ondan sonra Pakistan (13 dollar), Hindistan (15 dollar), Tacikistan və İndoneziya (15-16 dollar), Liviya (18 dollar), Nepal və Boliviya (19 dollar), Qırğızıstan (20 dollar) və Misir (20 dollar) gəlir.