Rus Pravoslav Kilsəsi Ukraynada qadağan olundu

16:57 20.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali Rada ölkədə Rus Pravoslav Kilsəsi və onun Ukraynadakı təşkilatlarının fəaliyyətini qadağan edən qanun qəbul edib.

Axar.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak Teleqram kanalında bildirib.

Jeleznyakın sözlərinə görə, qanun layihəsinin lehinə 265 deputat səs verib.

Qanun 30 gün sonra qüvvəyə minəcək.