Rusiya 2 milyon dollarlıq ən bahalı dərmanı istehsal etmək üzrədir

10:17 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının deputatı Sergey Leonov bildirib ki, Rusiya qısaca SMA kimi tanınan onurğa əzələlərinin atrofiyası üçün dərmanı istehsal etməyə yaxınlaşır. O, qeyd edib ki, SMA-nın müalicəsində istifadə olunan dərmanlar çox azdır və onlar dünyanın ən bahalı dərmanları arasında yer alır.

Hafta.az-ın yazdığına görə, Dövlət Duması Səhiyyə Komitəsinin sədr müavini Leonov bildirib ki, Rusiyanın daxili tələbatı ödəmək üçün kifayət qədər resursları var, lakin ixrac potensialını da artırmaq lazımdır.

Leonov iddia edib ki, Rusiyada istehsal olunacaq SMA dərmanı Qərbdəki analoqlarından onlarla dəfə ucuz olacaq. 

Deputat sözügedən dərmanın hazırlanma mərhələsi barədə məlumat verməsə də, preklinik sınaqların uğurla keçdiyini bildirib.

"Novartis"in istehsal etdiyi və SMA müalicəsində istifadə edilən "Zolgensma" dərmanının qiyməti 2-3 milyon dollar arasındadır.