Rusiya Afrikada 90-cı illərdə bağlanmış səfirliklərini yenidən açır

10:17 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sovet İttifaqı dövründə Afrika qitəsi ilə yaxşı münasibətləri olan, lakin SSRİ dağılandan sonra qitədəki bir çox səfirliklərini bağlayan Rusiya yenidən Afrikaya açılır.

Hafta.az-ın yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyi demək olar ki, bütün Afrika ölkələrində səfirlik açmağı planlaşdırdıqlarını bildirib. Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Ozerov RİA Novosti-yə müsahibəsində 1990-cı illərdə bir çox səfirliklərin bağlandığını, lakin bunun “çox ağıllı qərar olmadığını” deyib.

Rusiyanın Qərbdən fərqli olaraq Afrika ölkələrini bərabərhüquqlu gördüyünü deyən rus diplomat, həftəsonu Sankt-Peterburqda keçiriləcək ikinci Rusiya-Afrika sammitində demək olar ki, bütün Afrika dövlətlərinin liderlərini qonaq edəcəklərini söyləyib.

O.Ozerov bildirib ki, tədbir çərçivəsində müzakirə olunacaq mövzular, Rusiyanın aclıqla mübarizədə Afrika ölkələrinə necə kömək etməyi planlaşdırması, anlaşmanın bitməsindən sonra “Afrika və ya fagrasiya” seçimidir”. O, sammitə 49 Afrika ölkəsinin müxtəlif nümayəndə heyətləri ilə qatılacağını bildirib və bunun özlüyündə Afrika ölkələrinin Rusiyaya münasibətinin göstəricisi olduğunu vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər