Rusiya bu ölkənin hava limanlarına hücum edəcək? - AMERİKALI SENATOR AÇIQLADI

10:47 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ senatoru Marko Rubio, Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Vladimir Putinin Ukraynaya hərbi yardımın paylanması məntəqələrinə hücum əmri verə biləcəyini deyib. Xüsusilə, bu, Polşadakı hava limanlarıdır.

Hafta.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

“Əgər o qərara gəlsə ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukrayna üçün silahlaları təkcə müharibəni uduzmasına səbəb olmayacaq, həm də onun hakimiyyət üzərində nəzarətini sarsıdacaq... tamamilə mümkündür ki, bu, Polşa daxil olmaqla, bu təchizatın daxil olduğu bəzi paylama məntəqələrinə zərbələr endirilsin”, - Rubio bildirib.

Senatorun sözlərinə görə, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi çoxlarının danışdığı nüvə zərbəsi ehtimalından daha çox narahat edir.
Bununla belə, Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi ssenarini təsəvvür edə bilmir.

O əlavə edib ki, indi Rusiya ordusunun iki yolu var: artıq ələ keçirilən ərazini saxlamağa çalışmaq və bu, illərlə davam edə bilər, ya da geri çəkilməyə davam edə bilər.

Oxunma sayı 1425