Rusiya daha üç il Ukraynada müharibə aparmaq qüdrətindədir - ŞOK HESABAT

18:37 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kremlin neft gəlirlərində kəskin azalma olmasa, Rusiya müharibəni təxminən üç il davam etdirə biləcək. Bloomberg və dünyanın ən böyük investisiya banklarından biri olan Citi-nin analitikləri Rusiya Federasiyasının gəlir və xərclərinin hazırkı səviyyəsini təhlil etdikdən sonra belə qənaətə gəliblər. Nəşr qeyd edir ki, Rusiya əsasən Çin yuanı ilə ifadə olunmuş Rusiya ehtiyatlarının qalıqları hesabına əhəmiyyətli təhlükəsizlik marjasına malikdir - bu hissə Qərbin sanksiyalarına məruz qalmayıb və hələ də Rusiya hakimiyyətinin ixtiyarındadır.

Bloomberg analitikləri proqnozlaşdırırlar ki, mövcud status-kvonun saxlanması, yəni Rusiya neftinin bir barreli 50 dollar civarında qiymətə satılması Rusiya hakimiyyətinə büdcə kəsirini mövcud mənbələr hesabına ödəməklə, üç il ərzində ölkə üçün nisbətən ağrısız şəkildə hərbi əməliyyatları davam etdirməyə imkan verəcək.

Citibank bir qədər sərt proqnoz verir - Rusiya büdcəsi və müvafiq olaraq dövlət üçün 2,5 il nisbətən ağrısız ömür.

Bloomberg analitikləri hesab edirlər ki, yuan ehtiyatları 2023-cü ildə yalnız Rusiya neftinin orta qiymətinin 25 dollar/barel səviyyəsinə və ya aşağı düşəcəyi təqdirdə tükənə bilər. Eyni zamanda, hər iki ekspert qrupu razılaşır ki, neftin qiymətinin bir barel üçün 35-50 dollar arasında saxlanması Rusiya hakimiyyətinə xərcləri azaltmamağa və ili kifayət qədər ağrısız keçirməyə imkan verəcək. Agentlik qeyd edir ki, neftin qiymətinin 60 dollar/barel səviyyəsindən yuxarı olması Moskvaya hətta valyuta ehtiyatları yaratmağa imkan verəcək.

Oxunma sayı 245