Rusiya həbsxanalarından 6 siyasi məhbus yoxa çıxdı...

21:42 30.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyada dövlətə xəyanətdə təqsirli bilinən 19 yaşlı Kevin Lik cəzasını çəkdiyi koloniyadan yoxa çıxıb.

 

Hafta.az xəbər verir ki, bu barədə onun dəstək qrupunun telegram kanalı məlumat yayıb.

 

"Kevinin anası, Arxangelsk vilayətinin Federal Penitensiar Xidmətinin müəssisələrinə qida çatdırılması xidmətindən gəncin göstərilən koloniyada olmaması ilə bağlı cavab aldı", - deyə telegram-kanalı bildirib.

 

Likin valideynləri heç bir rəsmi bildiriş almayıblar. Qeyd edilir ki, Kevin Likin Almaniya vətəndaşlığı da var.

 

Son günlər Rusiyanın koloniyalarından və istintaq təcridxanalarından Likdən başqa ən azı daha beş siyasi, müxalifətçi məhbus naməlum istiqamətə aparılıb: İlya Yaşin, Oleq Orlov, Saşa Skoçilenko, Liliya Çanışeva və Kseniya Fadeyeva. Onların vəkilləri və yaxınları onların harada olduqlarını, başlarına nə gəldiyini bilmirlər.