Yazını böyüt
Yazını kiçilt
Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Aero India” sərgisi ərəfəsində jurnalistlərə bildirib ki, son beş il ərzində Rusiya Hindistana 13 milyard dollardan çox dəyərində silah tədarük edib.
RİA Novosti-nin məlumatına görə, Şuqayev vurğulayıb ki, Rusiya “hələ də Hindistanın silah bazarında əsas oyunçulardan biridir”.
Eyni zamanda, onun sözlərinə görə, Hindistan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın əsas tərəfdaşlarından biri olaraq qalmaq niyyətindədir - sifarişlər portfeli 10 milyard dollardan çoxdur.