"Bu, Azərbaycanın Ukraniyaya ilk humanitar yardımı deyil. Elektrik enerjisi ilə bağlı çətin vəziyyət yarananda Azərbaycan Ukraniyaya öz texniki, humanitar yardımını göstərmişdi. Biz bunun Rusiya ilə münasibətlərə ciddi təsir etmədiyini gördük. Düzdür, bu Rusiya tərəfinin xoşuna gəlmir, qıcıqlanır, amma Azərbaycan müstəqil dövlətdir və öz dövlət maraqları çərcivəsində çıxış edir. Ona görə də, Rusiyanın bu mövqeyindən asılı olmayaraq Azərbaycan bu addımları atır".
Bunu hafta.az-a politoloq Natiq Cəfərli Azərbaycanın Ukrayanaya humanitar dəstəyi və Rusiyanın bu məsələyə hansı mövqe sərgiləməsi ilə bağlı açıqlamasında bildirirb.
N.Cəfərli Azərbaycan ve Rusiya arasında yaranan gərginliyinin başqa səbəbləri olduğunu qeyd edib.
"Bu da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Azərbaycan tərəfinin bununla bağlı haqlı iradları var”.
N.Cəfərli bu halların Rusiya ilə gərginliyin yaranmasinda daha ciddi səbəb hesab edib.