Rusiyada müdafiə sənayesi zavodlarında işçi çatışmazlığı sürətlə artır.
Hafta.az-ın “Novıe İzvestiya” portalına istinadən yazdığına görə, mövzu ilə bağlı xəbərlərində nümunə kimi Omsk şəhərindəki obyektləri göstərib.
Xəbərə görə, 2024-cü ilin yay aylarında Omskdakı müdafiə sənayesi obyektlərində iş elanları 25 faiz artıb. İyun ayında 1571 vəzifə üçün iş elanı edildiyi halda, avqustda bu rəqəm 2 minə yüksəlib. Ən çox axtarılan vəzifələrə qaynaqçı, torna və CNC operatorları daxildir. Bu vəzifələr üçün təklif olunan maaşlar 200 min rubla (təxminən 2200 dollar) çata bilər.
Şəhərdə orta əməkhaqqı müdafiə sənayesi obyektlərinə tələbatla artıb. Yanvarda orta hesabla 57875 rubl olan maaşlar yayın ortasında 68 min rubla yaxınlaşıb. Bu maaş artımının əsas səbəbi kimi müdafiə sənayesi sektoru önə çıxır. Xüsusilə, Omskdakı müdafiə sənayesi zavodları yüksək maaş təkliflərinə baxmayaraq, kifayət qədər işçi tapmaqda çətinlik çəkir.
Omskda 11 iri müdafiə sənayesi obyekti var və bu obyektlərin hamısı işçi axtarır. Bununla belə, obyektlərin təklif etdiyi maaşlar mülki sektorlar tərəfindən təklif olunan maaşlardan qat-qat yüksəkdir və bu, mülki sektorlardakı bizneslərin rəqabət aparmasını çətinləşdirir. Bəzi mülki sektorlarda əməkhaqqı 42 ilə 55 min rubl arasındadır ki, bu da müdafiə sənayesi ilə müqayisədə olduqca aşağıdır.