Yazını böyüt
Yazını kiçilt
Rusiya Ukraynaya qarşı müharibədə səfərbərliyə çağrılanlardan ilk beşinin öldüyünü etiraf edib.
Hafta.az xəbər verir ki, onların hamısı Çelyabinsk vilayətindən səfərbər olunmuşlardır.
Qubernator Aleksey Tekslerin mətbuat xidmətinin məlumatına görə, bölgənin 5 yerli sakini öldürülüb, onların hamısı Korkino şəhərinin hərbi komissarlığı vasitəsilə hərbi xidmətə çağırılıb.
Ölənlərin ailələrinə 1 milyon rubl məbləğində əlavə ödənişlər, psixoloji və hər hansı digər yardımlar vəd edilir.