Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Rusiya nümayəndələrinin Parisdə keçirilən CIAL Paris kənd təsərrüfatı sərgisində iştirakına icazə verilmədiyini bildirib. Hafta.az bildirir ki, Meşkovun məlumatına görə, təşkilatçılar sərgidə rusların gözlənilmədiyini birbaşa bildiriblər.
“Bu həftə Parisdə kənd təsərrüfatı sərgisi olacaq. Birincisi, Rusiya nümayəndələrinə bu sərgidə iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək imkanı belə verilməyib və bizim təşkilatçılara birbaşa müraciətimizdə sərgidə rusiyalı ziyarətçilərin gözlənilmədiyi birbaşa bildirilib”, - səfir bildirib.
Bundan əvvəl səfirlik qeyd edib ki, Rusiya nümayəndələri sentyabrın 18-22-də Parisdə keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün heç bir dəvət və ya viza almayıb. Fransa Roskosmos rəhbərlərini Rusiya nümayəndə heyətinin viza siyahısından çıxarıb.