Rusiya nüvə silahı olan gəmilərini dənizə buraxdı - SON 30 İLDƏ İLK DƏFƏ

10:32 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son 30 ildə ilk dəfə olaraq Rusiya hərbi gəmiləri göyərtəsində taktiki nüvə silahı ilə dənizə çıxmağa başlayıb. Bu barədə Norveç kəşfiyyatının hesabatında deyilir.

"Nüvə potensialının əsas hissəsi Şimal Donanmasının sualtı və suüstü gəmilərində yerləşir", - kəşfiyyat xidmətinin hesabatında deyilir.

Agentlik qeyd edir ki, taktiki nüvə silahı Rusiya ilə NATO arasında potensial qarşıdurma ssenarilərində xüsusilə ciddi təhlükə yarada bilər.