Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva “Ukraynanı məhv etmək vəzifəsi qoymur”. Hafta.az xəbər verir ki, o, bu barədə jurnalistlərə Astanada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Ukraynaya qarşı kütləvi zərbələrə ehtiyac yoxdur”. O, həmçinin Ukraynada hərbi əməliyyata başlamaq qərarını “düzgün və vaxtında” hesab edib.
“Mən aydın olmaq istəyirəm. Bu gün baş verənlər, yumşaq desək, xoşagəlməzdir, amma eyni şeyi bir az sonra, yalnız bizim üçün daha pis şəraitdə əldə edərdik. Ona görə də biz düzgün və vaxtında hərəkət edirik”.
Daha əvvəl Putin qismən səfərbərliyin demək olar ki, başa çatdığını bildirib və səfərbərlik fəaliyyətinin keyfiyyətini yüksəltməyə çağırıb. Dövlət başçısı onu da xatırladıb ki, qismən səfərbərlik çərçivəsində çağırılanların hamısı hazırlıq keçməlidir.