Yazını böyüt
Yazını kiçilt
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü beynəlxalq politologiya konfransında bildirib ki, Rusiya Qərbin yenidən “qaz kəmərlərini partlatmasına” imkan verməyəcək.
"Biz onlara “Qərbə“ bir daha qaz kəmərlərini partlatmağa imkan verməyəcəyik. Yeri gəlmişkən, biz Şimal axınında partlayışlarla bağlı vəziyyətin araşdırılmasını xahiş etdik və dərhal bu tələb rədd edildi. Amerikalılar bunu "cəfəngiyyat" adlandırdılar. Seymur Herş tapıntılarını dərc edəndə siz avropalıların və amerikalıların reaksiyasını gördünüz”, - nazir bildirib.