Sentyabrın 14-də Ermənistan müdafiə naziri Suren Papikyan Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu və Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsindəki “sülhməramlı” qüvvələrin yeni təyin olunmuş komandanı, general-mayor Kirill Kulakovu qəbul edib. Ordu generalı O. Salyukov “sülhməramlı” qüvvələrin yeni təyin olunmuş komandanı, general-mayor Kirill Kulakovu Ermınistan müdafiə nazirinə təqdim edib.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Ermənistan Respublikasının müdafiə naziri general-mayor Kulakovu yeni vəzifəyə başlaması münasibətilə salamlayıb və ona “sülhməramlı” missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.
Görüşdə Ermənistan-Azərbaycan sərhədində və Qarabağın dağlıq hissəsində yerləşən Rusiya “sülhməramlı” kontingentinin məsuliyyəti zonasında əməliyyat vəziyyəti, mövcud problemlər, o cümlədən Rusiya “sülhməramlı” missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələlər müzakirə edilib.