Yazını böyüt
Yazını kiçilt
Rusiya Ukraynanın Lutsk şəhərindəki İsveç şirkətinə məxsus zavoda gecə saatlarında zərbə endirib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, İsveçdə yerləşən podşipnik və möhür istehsal edən SKF şirkəti Ukraynanın Lutsk şəhərindəki zavodun raket hücumuna məruz qaldığını deyib.
Dünyanın ən böyük İsveç podşipnik istehsalçısı olan SKF-nin sözçüsü Karl Byornstam Ukraynanın qərbindəki zavoda raket hücumu edildiyini təsdiqləyib. O, bu hücum nəticəsində zavodun zədələndiyini və 3 işçinin həyatını itirdiyini bildirib.
Şirkətin hücumun nəticələrini və fabrikə dəyən ziyanı qiymətləndirəcəyini bildirən Bjornstam, əsas diqqətlərinin işçilərə və onların təhlükəsizliyinə yönəldiyini qeyd edib.