Rusiya Uqledar yaxınlığındakı müharibənin ən böyük tank döyüşünü uduzub

20:46 01.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevralda rusların Uqledar üzərinə üç həftəlik hücumu müharibə zamanı ən böyük tank döyüşü oldu və Rusiya üçün ağrılı uğursuzluğa çevrildi.

Ukrayna hərbçiləri The New York Times-a bildiriblər ki, onlar pusqu sütunlarını dağıtmaq üçün “yolları öyrənib, sonra gizlənib gözlədilər”. Məhz pusqular Ukraynanın müharibənin ilk günlərindən rus zirehli kolonnalarına qarşı imza taktikası idi.

Qəzet qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri işğalçıların zirehli maşınlarının sütunları üzərində təkcə sovet tipli komplekslərdən deyil, həm də Amerikanın “Javelin” tank əleyhinə sistemlərindən və M777 haubitsalarından, Fransanın “Sezar” özüyeriyən silahlarından və hətta “HIMARS” raket sistemlərindən də istifadə edib.

72-ci briqada komandirlərinin fikrincə, Uqledar uğrunda döyüş “bu müharibənin ən böyük tank döyüşü olub” və bu döyüşdə Rusiya ən azı 130 tank və zirehli transportyorunu itirib.