Rusiya və Pakistan KKTC-də konsulluq açır

10:35 19.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Pakistan Şimali Kipr Türk Respublikasında  (KKTC) konsulluq açmağa hazırlaşır.

Hafta.az-ın yazdığına görə, bu barədə Yunanıstanda yayımlanan "Kathimerini" qəzeti məlumat dərc edib. Qəzet yazıb ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ötən aylarda etdi bir çıxışda KKTC-dən söz açıb və ikitərəfli əlaqələrin qurulmasından bəhs edib. Bu da yunan Kiprində ciddi narahatlıq yaradıb.

"Rəsmi Moskva ötən ilin yanvar ayından etibarən KKTC-də konsulluq ofisi açma fikrinə düşüb. Hətta bu müstəvidə yunan tərəfinə məlumat verilib, prosesi anlayışla qəbul etmələri istənilib", - qeyd edən qəzet baş verənlərin Ukraynadakı müharibəylə və ya yunan Kiprinin sanksiyalara qoşulmasıyla birbaşa əlaqəsinin olmadığını yazır.

Qəzet bildirir ki, Rusiyanın konsulluq açmaq istədiyi KKTC-də 15 Rusiya vətəndaşına xidmət etməyi düşünür. Hazırda Rusiya konsulluq açmaq üçün KKTC-də uyğun bina arayır və çalışacaq personal yığır. 

Qəzet ayrıca, Pakistanın da bu il ərzində KKTC-də təmsilçilik aça biləcəyini qeyd edib.