Yazını böyüt
Yazını kiçilt
Rusiya vətəndaşı olmaq istəyən əcnəbilərdən ölkənin tarixini və qanunlarını bilmələri tələb olunur.
Hafta.az-ın “Rossiyskaya qazeta”ya istinadən yazdığına görə, gələn həftə - oktyabrın 26-da qüvvəyə minəcək qanuna əsasən, Rusiya vətəndaşı olmaq istəyən əcnəbilər bu ölkənin tarixini və qanunlarını bildiklərini nümayiş etdirməli olacaqlar.
Yeni qanun layihəsi ilə bəzi ixtisaslı mütəxəssislərə Rusiya vətəndaşlığını almaqda verilən güzəştlər də ləğv edilir.
Eyni zamanda, əcnəbilər vətəndaşlıq əldə etmək üçün rus dilini mükəmməl bilməlidirlər.