Rusiya yeni nüvə silahlarını nümayiş etdirəcək

09:10 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada qitələrarası nüvə raketləri “Yars” və “Avanqard” sistemləri bu il ilk dəfə hər il avqust ayında keçirilən “Ordu-2023” sərgisində nümayiş etdiriləcək.

Hafta.az-ın yazdığına görə, Vətəndaşlar Patriot Parkında keçiriləcək “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda yeni nəsil “Yars” və “Avangard” raket sistemlərini ilk dəfə görə biləcəklər.

Rusiya Strateji Raket Qüvvələrinin (RVSN) komandanı general Sergey Karakaevin verdiyi açıqlamada, “Topol” PGRK-nın avtonom buraxılış qurğusu və “Yars” mobil raket sistemi üçün döyüş missiyasına dəstək vasitəsinin ilk dəfə nümayiş etdiriləcəyi bildirilib.

"Bu sərgi Strateji Raket Qüvvələrinin mobil qrupunun yenidən silahlanmasının simvolu olacaq", - Karakayev bildirib.

Rusiyanın Ukrayna böhranı ilə birlikdə Strateji Raket Qüvvələrini modernləşdirdiyini vurğulayan ekspertlər, Müdafiə Sənayesi Sərgisində ilk dəfə nümayiş etdiriləcək mobil qitələrarası ballistik nüvə raketlərinin Rusiyanın strateji inkişafında yeni mərhələni işıqlandıracağına diqqət çəkirlər. Bu yeni mobil silahlar Rusiya ordusunun modernləşdirilməsi və müdafiə qabiliyyətinin gücləndirilməsi proqramının bir hissəsidir.

Sərgi 14-20 avqust tarixlərində Moskva vilayətinin Kubinka şəhərindəki PATRIOT ordu parkında keçiriləcək.

Siyasət rubrikasından digər xəbərlər