Yazını böyüt
Yazını kiçilt
Ötən gün Rusiyada 7790 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Gün ərzində ölkə üzrə 182 xəstə, o cümlədən Moskvada 49 nəfər vəfat edib, 9621 nəfər sağalaraq evə buraxılıb. Hazırda ölkədə 239 min 468 aktiv xəstə var. Moskvada sutka ərzində 1040 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 561 min 091 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 313 min 963 nəfər sağalıb, 7660 pasiyent vəfat edib.