Rusiyada daha 176 nəfər koronavirusdan öldü

12:37 26.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı 620 min nəfəri keçib.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 6 800 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 620 794 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 988 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 384 152 nəfər virusdan sağalıb, 227 861 nəfərin müalicəsi isə davam edir.