Rusiyada daha bir nazirlik Apple-dan istifadəni yasaqladı

11:10 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Daxili Kəşfiyyatı olan FTX iyunda bir neçə min rus diplomatın istifadə etdiyi Apple cihazının ABŞ kəşfiyyat orqanları tərəfindən zərərli proqramla yoluxduğunu elan etdikdən sonra Kreml iPhone-ların dövlət xidmətində istifadəsini yasaqlayıb.

Hafta.az-ın yazdığına görə, bu bəyanatdan sonra öz işçilərinə iş üçün Apple avadanlıqlarından istifadəni yasaqlayan Təhsil Nazirliyi, Sənaye və Ticarət Nazirliyi və Rostec, Rəqəmsal İnkişaf Nazirliyinə də Apple avadanlıqlarından biznes məqsədləri üçün istifadəni qadağan edib.

Artıq Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşlarına Apple avadanlıqlarından rəsmi məqsədlər üçün istifadə edə bilmirlər.

Rəqəmsal İnkişaf naziri Maksut Şadayev “Rəqəmsal Təkamül” forumunda jurnalistlərə bildirib ki, mobil cihazlardan, yəni smartfon və planşetlərdən müvafiq olaraq biznes proqramlarına daxil olmaq və işgüzar yazışmalara daxil olmaq qadağandır. Şadayev qeyd edib ki, əgər “Android” əməliyyat sistemi ilə telefondan istifadə etmək mümkün deyilsə, o zaman işçi poçt və iş prosesinə daxil olmaq üçün kompüter avadanlıqlarından istifadə olunmalıdır.

Nazir əlavə edib ki, işçilərə iPhone əvəzinə biznes məqsədləri üçün Android telefonlarının alınması nəzərdə tutulmur.