Rusiyada əcnəbi menecer olmağın çətinlikləri

09:30 22.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra bir çox xarici yüksək səviyyəli menecerlər Rusiyanı tərk edərək başqa ölkələrdə iş axtardılar.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, onlardan bəziləri Rusiyada qalaraq karyeralarını davam etdirməyə üstünlük veriblər.

Qəzet Gucci-nin Rusiya ofisinin keçmiş rəhbəri Aliks Guillaume Jakı bu cür menecerlərə nümunə göstərir. 2024-cü ilin avqustunda Jak Agent Provocateur butiklərini idarə edən Rusiyanın Merkuriy şirkətinin baş meneceri təyin edildi. Əvvəllər IKEA Russia-nın maliyyə direktoru olmuş Tibo Plouvier də Metronun Moskva ofisində eyni vəzifəni icra edirdi.

Bu menecerlər Qərb şirkətlərində qazandıqları təcrübələrlə Rusiyada karyeralarını davam etdirərkən, Rusiya iş bazarında oxşar mövqelər tapmağın getdikcə çətinləşdiyi ifadə edilir. Xəbərə görə, bir çox qərbli menecerlər mövcud şirkətləri daxilində başqa ölkələrə transfer olunmağa üstünlük verərkən, Rusiya şirkətləri əcnəbi menecerlərə əvvəlki kimi yüksək maaş və güzəştlər təklif etmir.

2023-cü ildə Rusiyada əcnəbi menecerlərin nisbəti 12 faizə qədər azalıb. 2021-ci ildə bu nisbət 30 faiz idi.