Rusiyada gün ərzində 1175 nəfərdə koronavirus aşkar edilib

15:02 08.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada gün ərzində 55 regionda 1175 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

Hafta.az xəbər verir ki, gün ərzində 5 nəfər ölüb. Moskvada xəstələrin sayı 660 nəfər artaraq 5841 nəfər çatıb.

Ümumilikdə Rusiyanın 81 regionunda 8672 COVID-19 xəstəsi qeydə alınıb. İndiyədək 580 nəfər sağalıb, 63 xəstə isə həyatını itirib.