Rusiyada hərbi komissar vəzifəsindən qovuldu - SƏFƏRBƏRLİYƏ GÖRƏ

12:19 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu gün Maqadan vilayətinin hərbi komissarı Sergey Baranovski “qismən səfərbərlik zamanı səhvlərə görə” ifadəsi ilə vəzifəsindən azad edilib.

Hafta.az bildirir ki, bu səhvlərin tam olaraq nədən ibarət olduğunu dövlət xəbər agentlikləri xəbər vermir.

Bundan əvvəl Meduza prezident administrasiyasındakı mənbələrinə istinadən xəbər vermişdi ki, səfərbərlik zamanı həddi aşmağa görə məhz regionların hərbi komissarları cavabdeh olacaqlar. Rusiya təbliğatçıları hərbi təcrübəsi olmamasına baxmayaraq, çağırılan insanlara çağırış vərəqələri payladıqları üçün hərbi komissarlara da hücum edirlər.