Rusiyada tikinti sənayesi Mərkəzi Asiyadan gələn mühacirlərin sayında azalma nəticəsində yaranan işçi qüvvəsi boşluğunu müxtəlif ölkələrdən gələn işçilərlə doldurmağa çalışır.
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, Rusiyadakı tikinti şirkətlərinin son vaxtlar tez-tez Türkiyə və Dubaydan işçi gətirdiyini yazıb.
Qəzetin müsahibə aldığı “EasyHome” şirkətinin Rusiya meneceri Denis Kryuçkov bildirib ki, miqrant işçilər xüsusilə Krım və Krasnodar bölgəsi kimi tikinti sıxlığının yüksək olduğu yerlərdə lazımdır.
Rusiya son vaxtlar məzənnə fərqinə görə Mərkəzi Asiya ölkələrindən gələn immiqrantlar üçün cazibəsini itirdiyi halda, Krım və Krasnodarda keçən illə müqayisədə işçilərin maaşlarında təxminən 60 faiz artım qeydə alınıb.
Rusiyaya tacik mühacirlərin əvəzinə Belarus, Qazaxıstan, Cənub-Şərqi Asiya ölkələri və Hindistandan əməkçi miqrantlar gəlməyə başlayıb.