Rusiyada kasıblar müharibədə ölür, varlılar isə sərvətini artırır

09:26 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən varlı vətəndaşlarının sərvəti 2023-cü ilin birinci yarısında daha 32 milyard dollar artıb.

Hafta.az-ın Bloomberg-ə istinadən yazdığına görə, yanvar-iyun ayları arasında 5,9 milyard dollarla sərvətini ən çox artıran şəxs Lukoil şirkətinin təsisçisi Vahid Ələkbərov olub.

ABŞ-ın sanksiya siyahısında olan Ələkbərovun ümumi sərvəti bununla da 21,3 milyard dollara yüksəlib. Bloomberg-in araşdırması milyarderlərə məxsus şirkətlərin səhmlərinin dəyəri nəzərə alınaraq aparılıb.

Ələkbərovdan sonra sərvəti ən çox artan ad NLMK metallurgiya nəhənginin sahibi Vladimir Lisin olub. Lisinin sərvəti 4,98 milyard dollar artaraq 24,8 milyard dollar olub.

Üçüncü yerdə 1,23 milyard dollarla “Nornikel”in sahibi Vladimir Potanin qərarlaşıb. Potaninin ümumi sərvəti 29,8 milyard dollara çatıb.

Dağıstanlı senator Süleyman Kərimov isə 525 milyon dollarla sərvəti azalan adlar arasında birincidir. Roman Abramoviç də bu il 308 milyon dollar itirib.

Siyasət rubrikasından digər xəbərlər