Rusiyada koronavirusa yoluxanların sayı 14 milyona yaxınlaşır

13:48 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində daha 203 766 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Hafta.az-ın məlumatına görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 13 935 560 nəfərə çatıb.

Son sutka ərzində 729 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 339 542 nəfərə çatıb.