Yazını böyüt
Yazını kiçilt
Ötən gün Rusiyada 7 min 972 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Hafta.az xəbər verir ki, gün ərzində 181 xəstə vəfat edib, 10 min 443 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 569 min 63 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 324 min 406 xəstə sağalıb, 7841 pasiyent vəfat edib.
Gün ərzində Moskvada 1136 adamın koronavirusa yoluxduğu müəyyən edilib. İyunun 18-də bu rəqəm 1065 idi.