Rusiyada məktəblilər kütləvi şəkildə zəhərlənib

20:06 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada uşaqların kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işi açılıb.

Hafta.az xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki 13 saylı gimnaziyada 40-dan çox məktəbli zəhərlənib. Onlardan 24 nəfəri həkimə müraciət edib, 3 uşaq xəstəxanaya yerləşdirilib.

Məktəblilərdə kəskin bağırsaq infeksiyasının əlamətləri aşkar edilib.

Gimnaziyadan bildiriblər ki, təhsil müəssisəsində dərs ilinin əvvəlindən yeməkxana və bufet işləmədiyindən, uşaqların qidadan zəhərlənməsi istisna edilir.