Rusiyada məşhur brendlər satışdan çıxır

12:05 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan paralel idxal nəzarətini gücləndirdikdən sonra Rusiyadakı elektronika və ağ əşya distribyutorları daşıma üçün alternativlər axtarmağa başlayıblar.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, distribyutorlar Rusiyada “Samsung”, “LG”, “Bosch” kimi brendlərin satışının sərfəli olmadığını, idxal olunan məhsulların 10-12 faiz baha ola biləcəyini bildiriblər.

Qeyd edək ki, Qazaxıstan öz ərazisindən Rusiyaya paralel idxalın tranzit şərtlərini çətinləşdirməyə başlayıb. Bu səbəbdən də daşınma yollarının uzadılması məhsulların maya dəyərini xeyli artırır və paralel idxalın cəlbediciliyini azaldır.

Özbəkistan üzərindən daşınmaların da çətinləşdiyi, Rusiyadakı ağ əşya mağazalarının qiymət artımı səbəbindən LG, Samsung, Bosch, Electrolux kimi markaların alışını azaltdığı bildirilir.