Rusiyada miqrant böhranı dərinləşdi

09:15 30.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada pandemiyadan sonrakı dövrdə əmək miqrasiyası gözlənilən bərpanı göstərə bilməz.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, 2023-cü ildə Rusiyadakı əcnəbi işçilərin sayı (3,5 milyon nəfər) 2019-cu ildə pandemiyadan əvvəlki səviyyədən (4,5 milyon nəfər) təxminən 1 milyon nəfər aşağı olub. Qəzet öz hesabatını Rusiya Elmlər Akademiyasının Milli İqtisadiyyat və Dövlət İdarəçilik İnstitutunun (RANHiGS) araşdırması əsasında hazırlayıb.

Xüsusilə Mərkəzi Asiya ölkələrindən (İmmiqrantların 87 faizi Özbəkistan, Tacikistan və Qırğızstandan gəlir) əmək miqrasiyası Rusiya bazarında mühüm yer tutmaqda davam etsə də, digər ölkələrdən gələn immiqrantların sayında ciddi artım müşahidə olunmayıb.

Araşdırmada qeyd olunur ki, Moskva və Sankt Peterburq kimi böyük şəhərlərə əmək miqrasiyası digər regionlarla müqayisədə xeyli çoxdur (55-60 faiz). 2022-ci ildə əcnəbi işçilərin sayı artsa da, ölkədən gedən işçilərin sayında da ciddi artım müşahidə olunub.

Yeni immiqrantların ölkədə qalma səviyyəsinin aşağı olması işçi qüvvəsi çatışmazlığının uzunmüddətli perspektivdə davam edəcəyini bildirir.