Rusiyada ölkədaxili turizm xidmətləri ikiqat bahalaşdı

13:30 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rublun ucuzlaşmasına baxmayaraq, Rusiyada daxili turizm son bir ildə Türkiyə və Misir kimi məşhur istiqamətlərlə müqayisədə iki dəfə bahalaşıb.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, son bir ildə Rusiyada daxili turlar 33 faiz, Türkiyə və Misirə turların qiymətləri isə 16 faiz artıb.

Travelata.ru saytının məlumatına görə, Rusiya sahillərində orta qiymət 29,6 faiz artaraq 98300 rubla, Abxaziyada isə 33,3 faiz artaraq 114500 rubla çatıb.

Eyni dövrdə Rusiyadan Türkiyəyə orta tur qiyməti cəmi 16 faiz artaraq 216700 rubl olub.