Rusiyada rubl can verir, şirkətlər isə milyardlar itirir

09:30 22.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Prezident Vladimir Putinin Ukraynanın şərqindəki separatçı rejimlərinin dırnaqarası müstəqilliyini tanımaq haqda qərarı imzaladıqdan dərhal sonra Rusiyanın pul bazarı ilk zərbəni alıb.
Hafta.az-ın yazdığına görə, imza qərarının açıqlanmasından sonra  gecə saatlarında 1 dollar 81 rubla, 1 avro isə 92 rubla qədər bahalaşıb. Məsələ neft bazarına da təsirsiz ötüşməyib - neftin barreli 97 dollara yüksəlib. Səhər saatlarında isə Moskva hərracı son 13 ildə ən aşağı - 3,62 faiz enişlə işə başlayıb. Ekspertlərin fikrincə, Rusiyada bu cür sərt eniş heç Krım işğal ediləndə baş verməmişdi.
Bu arada, verilən məlumata əsasən, Rusiyanın ən böyük 5 şirkətiin səhmləri ümumilikdə 4 trilyon rubl və ya 50 milyard dollar əriyib. Məsələn, "Rosneft"in səhmləri bir gecədə 19,8 faiz və ya 1 trilyon rubla yaxın dəyər itirib. "Sberbank"ın səhmləri isə ötən gecə 24 faiz ucuzlaşıb. Moskva hərracı 10,5 faiz enərək beynəlxalq proseslərdə 18 faizəədk itki ilə üzləşib.