“Bu gün beynəlxalq təşkilatların erməni terroruna qarşı susması onu göstərir ki, biz heç kəsə güvənməməli, onlardan ümid gözləməməliyik”.
Bunu hafta.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Gəncədə və Tərtərdə mülki vətəndaşlarımızın raket atəşinə tutulması və bununla da erməni terrorçularının getdikcə azğınlaşması ilə bağlı açıqlamasında bildirib.
MMP sədri bildirib ki, əgər erməni terrorçuları bu gün bizi öz torpaqlarımızda atəşə tutub öldürürsə və biz onların qətlə yetirdiklərini dəfn etmək üçün qəbiristanlığa gedərkən də yenidən bombalanırıqsa, öldürülürüksə buna acizcəsinə susmaq nakişilik olar.
“Ali Baş Komandanın da dediyi kimi biz qəti mövqeyimizi ortaya qoyub torpaqları işğalçı terrorçulardan azad eləməliyik. 30 il gözlədik, bəsdir. Makronların, putinlərin, trampların sözünə inanıb 30 ildir dədə-baba yurdlarımzı, qəbirlərimizi ziyarət edə bilmədik. İndi işğalçıları torpaqlarımızdan qovmaq üçün mübarizəyə qalxanda bizdən nə istəyirlər?! Bunlar yenə də erməni terorçularının yanındadırlar. Rusiya İran üzərindən Ermənistana silah göndərir. Hanı bunların demokratikliyi, hanı bunların humanistliyi?! Ona görə də hesab edirəm ki, biz düşünmədən həç nə göləmədən böyük aviasiya imkanlarından, ordumuzdan, silahlarımızdan istifadə etməliyik”.
H.Hacıyev bildirib ki, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Misk Qrupunda olan dövlətlər Azərbaycanın əleyhinə işləməkdə davam edir. Onun sözlərinə görə, artıq partiya olaraq beynəlxalq təşkilatlara müraciət edərək bu ikili standartlara, ədalətsizliyə son qoymağı tələb ediblər.
MMP sədri bu gün Rusiya mediasinda Azərbaycanın haqq işinə kölgə salan televiziya kanalları və mediasının erməni mövqeyini qəti şəkildə pisləyib. O, bir daha bildirib ki, biz Ermənistan ərazilərində müharibə aparmır, biz öz torpaqlarımızı erməni terrorundan dan azad etmək uğrunda savaşırıq və savaşacağıq.
Partiya sədri eyni zamanda bildirib ki, əgər Rusiya mətbuatı bizi torpaqlarımızı işğaldan azad etdiyimizə görə bizi informasiya atəşinə tutursa, Rusiyada yaşayan hər bir azərbaycanlı ayağa qalxmalıdır.
“Hanı bizim ordakı milyonerlər, hanı bizim Rusiyada yaşayan 2 milyon azərbaycanlı. Bu gün hərəsi 3-5 manatdan pul toplayıb bunu ideoloji silaha çevirsəydi, ermənilərə qarşı böyük bir təbliğat işi qura bilərdilər”.
MMP sədri bildirib ki, biz qəti şəkildə başladığımız Vətən Müharibəsini yekunlaşdırmalıyıq.
“Bizi tənqid edirlər ki, niyə Xankəndini vurursuz. Torpaq mənimdir, istiyərəm vurararm, istəyərəm quraram. Biz torpaqlarımızı azad etməliyik. Prezidentimizlə bir yerdə olub Xankəndinə bayrağımızı sancacağıq. Elə qüvvələr var ki, yenə də bizi bu yoldan çəkindirərək bizi pas vəziyyətdə saxlamaq istəyirlər. Biz buna gəlsək Azərbaycan yer üzündən silinəcək. Biz torpaqlarımızı işğaldan azad edib, Azərbaycanın paytaxtını Xankəndinə köçürməliyik. Nə Putin, nə Makton nə də Tramp bizim daxili işimizə qarışa bilməzlər”.