Rusiya “Airbus” və “Boeing” təyyarələri üçün ehtiyat hissələri istehsal edəcək zavod açmağa hazırlaşır.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, fabrik avqustda istehsala hazır olacaq.
“Rosatom”a tabe olan “Nauka i İnnovatsii” AO şirkəti tərəfindən yaradılacaq fabrikdə kondisioner sistemləri, elektrik və işıqlandırma hissələri, habelə qəza-xilasetmə elementləri, oksigen və yanğından mühafizə vasitələrinin istehsalı planlaşdırılır.
Sanksiyalar səbəbindən Rusiya aviaşirkətləri “Airbus” və “Boeing” təyyarələrini orijinal hissələrlə təmir edə və texniki xidmət göstərə bilmirlər.
Məsələ ilə bağlı xəbər verən qəzet sözügedən şirkətin “Boeing” və “Airbus” təyyarələrinin hava sirkulyasiya sistemləri üçün filtrlər istehsalına başladığını da yazıb.
İyunun sonunda “Rosatom”a bağlı başqa bir şirkət “Aeroflot”un sifarişi ilə “Airbus A320/321” model təyyarələri üçün baqaj bölməsinə 50 qıfıl istehsal edib.