Rusiyanın Smolensk vilayətində Ukrayna prezidenti Vladimir Zelenskinin soyadını daşıyan şəxsin yenidən yerli şuraya seçkilərə buraxılmaması təklif edilib.
Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Smolensk vilayətində keçirilən tədbirə qatılan hansısa təqaüdçü vətəndaş Oleksandr Zelenski adlı namizədin yerli şura seçkilərində iştirakından narazılığını bildirib. Bununla bağlı qubernator müavininə şikayət edən vətəndaş Vahid Rusiya Partiyasının namizədi Aleksandr Zelenskinin seçkilərə buraxılmamasını tələb edib.
Zelenski soyadlı namizədin Ukraynada gedən qanlı müharibənin iştirakçılarını aşağılamaq mənasına gəldiyini iddia edən şəxs onun soyadını dəyişməli və ya seçkilərdə iştirak etməməli olduğunu bildirib.
Daha sonra çıxış edən Smolensk Vilayət Administrasiyasının sözçüsü İqor Lyahov deyib ki, hər bir vətəndaşın soyadından asılı olmayaraq seçkilərdə iştirak etmək hüququ var.
Hadisələri şərh edən Smolensk deputatı Oleksandr Zelenskiy deyib: "Başıma ilk dəfədir ki, belə bir şey gəlir. Mən artıq şəhər şurasının üzvüyəm. Seçiləndə soyadım belə idi, amma işimlə kimisə utandırmamışam. Məni soyadıma görə heç kim mühakimə edə bilməz. Soyadımı dəyişməyəcəyəm. Əksinə, bir məşhur kimi ilk dəfə yuxudan oyandım, hamını çağırıb təbrik etdi”.