Rusiyada aparılan araşdırmada ölkənin ən yüksək rifah səviyyəsinə malik bölgələri müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, siyahının başında Yamalo-Nenets muxtar vilayəti və Maqadan əyaləti qərarlaşıb.
İlk 10-luğa daxil olan digər yerlər isə Çukotka, Moskva, Saxalin, Xantı-Mansiysk, Yurqa, Sankt-Peterburq, Murmansk və Kamçatkadır.
“Ria Rating” tərəfindən aparılan araşdırmada orta gəlirlərin mal və xidmətlər üzrə istehlakçı xərclərinə nisbəti qiymətləndirilib.
Yoxsulluq həddində yaşayan insanların nisbəti, kreditlə mənzil ala bilən ailələrin sayı, aylıq gəliri 60 min rubldan çox olan ev təsərrüfatlarının nisbəti kimi meyarlar da nəzərə alınıb.
Siyahının sonunda Buryatiya, Dağıstan, Kabardin-Balkar, Çeçenistan, Kalmıkiya, Altay, Qaraçay-Çərkəz, Tıva və İnquşetiya qərarlaşıb.