Yazını böyüt
Yazını kiçilt
Rusiya parlamentinin aşağı palatasının - Dövlət Dumasının deputatı Yana Lantratova məşhur “Family Guy” cizgi filminin son seriyasının ölkədə nümayişinə qadağa qoyulmasını tələb edib.
Hafta.az-ın yazdığına görə, serialın müvafiq epizodunda Qriffinlər Rusiyanın orta-qərb şəhərlərindən olan Çelyabinskə səyahət edirlər.
Epizodda Çelyabinsk heç bir sosial infrastrukturu olmayan, sakinləri alkoqolizmdən əziyyət çəkən kimsəsiz bir şəhər kimi təsvir olunur.
Deputat Lantratova bədii azadlığın faktları təhrif etmək demək olmadığını və bu cizgi filmini oğluna göstərmək istəmədiyini bildirib.
Deputat Rusiyaya qarşı informasiya müharibəsinin aparıldığını və bu müharibədə “Family Guy”un alət olduğunu iddia edib.