Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, general-polkovnik Andrey Kartapolovun sözlərinə görə, ruslar xüsusi əməliyyatın gedişi haqqında məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi hesabatlarından deyil, müharibə müxbirlərindən və qubernatorlardan öyrənirlər.
“Yalan danışmağı dayandırmalıyıq. Bu barədə dəfələrlə danışmışıq. Ancaq nədənsə bu, ayrı-ayrı rəhbərlərə çatmır "deyib rusiyalı general.
Kartapolovun sözlərinə görə, 1941-ci ildə Sovet İnformasiya Bürosu düşmənin Moskvaya doğru irəliləməsi zamanı sovet ordusunun itkiləri barədə açıq məlumat verirdi.
“Amma hər xəbərdə deyirdilər ki, filankəsin briqadası belə edib, bizim pilotlarımız o qədər məhv edib, itkilərimiz filan olub. İnsanlar isə təhlükəni anladılar, düşmənin torpağımızda olduğunu bilirdilər”.
General-polkovnik vurğulayıb ki, indi düşmən bizim də torpağımızdadır. Belqorod vilayətində sərhəd zolağında yerləşən kəndlər dağıdılıb. Lakin biz bu haqda qubernatorlardan və hərbi müxbirlərdən öyrənirik.
“Müdafiə Nazirliyinin hesabatları dəyişmir. Xalq bilir. Bizimkilər axmaq deyillər və görürlər ki, onlara həqiqətin bir hissəsini belə demək istəmirlər. Bu, etibarın itirilməsinə səbəb ola bilər”, - deyə o, yekunlaşdırıb.