Rusiyalı milyonerlər ölkəni tərk edir - PUTİNDƏN ÜZ DÖNDƏRDİLƏR

18:37 14.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müharibəsinin başlaması ilə bu il Rusiyadan böyük bir “zəngin immiqrasiya”sı gözlənilir və burada sanksiyalar öz təsirini göstərməyə başlayıb. Hafta.az xəbər verir ki, Henley qlobal hesabatına görə, 15 min zənginin ölkəni tərk edəcəyi bildirilərkən, sözügedən xəbər Qərb mediasında “Varlılar Putin rejimindən üz çevirir” başlığı ilə açıqlanıb.

Ukraynaya qarşı başladıqları müharibədən sonra Avropa və ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyada bu il 15 mindən çox milyonerin ölkəni tərk edəcəyi gözlənilir.

Londonda yerləşən Henley & Partners firmasının immiqrasiya məlumatlarına əsaslanan hesabata görə, gözlənilən immiqrasiya Rusiyanın milyonerlər hovuzunun təxminən 15 faizini təşkil edir ki, bu da 2019-cu ildə Rusiyanı tərk edən 5500 milyonerin sayından təxminən üç dəfə çoxdur.
Rəsmi immiqrasiya məlumatları və milyonerlərin daşınmaz əmlak alqı-satqısı kimi müxtəlif dəyişənlərə görə hazırlanan hesabatda son vaxtlar tez-tez səslənən “oliqarxlar Putinin müharibə elan etməsindən narahatdır” iddialarını gücləndirir.

Henley & Partners üçün məlumat toplayan New World Wealth-in araşdırma rəhbəri Andrew Amoils, "Rusiya qan itirir" ifadəsində bu açıqlamaları verib:

"Son 10 ildə bir çox varlı insan hər il Rusiyadan köçməyi seçib. Bu, bu ölkənin üzləşdiyi mövcud problemlərin ilkin xəbərdarlığıdır. Tarixən danışsaq, böyük qəzalarda ilk növbədə varlılar ölkəni tərk edir".

Ölkənin varlı hissəsinin Rusiya prezidenti Putinin müharibə qərarından narahat olduğu iddia edilir.
Təkcə Rusiyanı deyil, bir çox başqa ölkələri də əhatə edən ümumiləşdirmə aparılarsa, zeginlərin bir nömrəli immiqrasiya üstünlükləri illərdir ABŞ və İngiltərə kimi tanınır. Bununla belə, dərc olunan hesabata görə, Ukrayna müharibəsindən sonra rus oliqarxları öz marşrutlarını başqa ölkələrə çeviriblər.

Henley & Partners hesab edir ki, rus milyonerləri üçün bir nömrəli istiqamət Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq. Şirkətin hesabatında deyilir: "Böyük Britaniya artıq sərvət tacını itirib, ABŞ getdikcə dünya zənginləri üçün maqnit mövqeyini itirir".

Rusiyalı oliqarxların sanksiyalar və anti-müharibə reaksiyaları səbəbindən Qərb ölkələrindən uzaq durması BƏƏ-ni rus zənginləri arasında diqqət mərkəzinə çevirib.

Bu ilin sonuna qədər 4000-ə yaxın varlının Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinə köçəcəyi gözlənilir. BƏƏ-ni miqrasiya marşrutu üzrə izləyən digər ölkələr Avstraliya, Sinqapur və İsraildir.
Rusiyadakı zənginlərin də bu ölkələrdən kənarda yaşamaq üçün Malta, Mavrikiy və Monakonu seçə biləcəyi düşünülür.

Malta təkcə milyonçu immiqrasiyası baxımından deyil, həm də ümumi sərvət artımı baxımından son on ildə Avropanın ən böyük uğur hekayələrindən birinə çevrilib. Dünyanın ən sürətlə inkişaf edən bazarlarından biri olan ölkənin oliqarxların diqqətini çəkəcəyi gözlənilir.

Müharibənin digər cəbhəsi olan Ukraynada da vəziyyət Rusiyadan çox da fərqlənmir. Bu il 2800 milyonerin Ukraynanı tərk edəcəyi gözlənilir. Bu rəqəm ölkənin milyonçu əhalisinin 42%-ni təşkil edir.