Rusiyalı siyasətçidən Xankəndi xəbərdarlığı - "BU TARİXƏDƏK AZƏRBAYCANIN NƏZARƏTİNƏ QAYTARILMALIDIR, YOXSA..."

17:13 30.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hər şey əvvəlcədən müəyyən edilib. Vladimir Putinin "Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır" deməsi səbəbsiz deyil,

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, politoloq İqor Korotçenko deyib.

O, həmçinin bildirib ki, Rusiyanın ekspert icmasına görə, Xankəndi, həmçinin hazırda separatçıların fəaliyyət göstərdiyi bütün şəhərlər də 2022-ci ilin noyabrın 10-dək Azərbaycanın nəzarətinə qayıtmalıdır:

"Proses dərhal, qətiyyətlə başlanmalıdır, əks halda daha 30 il müzakirə edəcəyik ki, oradan nə vaxt, hansı şərtlərlə çıxacaqlar.

İnanıram ki, avqustun 31-də liderlər bütün qeyri-qanuni qurumların ləğvi, qanunsuz birləşmələrin Qarabağdan çıxarılmasını da müzakirə edəcəklər. Bunsuz sülh müqaviləsindən danışmaq belə mənasızdır. Bu, sülh müqaviləsinin imzalanması üçün şərt olmalıdır. Ermənistanın bütün qanunsuz silahlı birləşmələrinin tamamilə çıxarılması.

Qarşıda Zəngəzur dəhlizi layihəsinin icrası dayanır, onun bir hissəsinin tikintisini Azərbaycan yenə də Ermənistandan fərqli olaraq artıq həyata keçirir. Dəhliz, təbii ki, İrəvanın müqavimətinə baxmayaraq, ekstraterritorial statusa malik olacaq".

Siyasət rubrikasından digər xəbərlər