Rusiyada yerləşən Strateji Araşdırmalar Mərkəzi Ukraynaya qarşı hərbi əməliyyatlara cavab olaraq ölkə bazarını tərk edən şirkətlərin üzləşdiyi itkinin ümumi həcmini 200-240 milyard dollar hesablayıb.
Hafta.az-ın yazdığına görə, mərkəzin açıqlamasında ən böyük itkilərin Amerika və İngiltərə şirkətlərinin payına düşdüyü bildirilib. Mərkəzin hazırladığı hesabata görə, Rusiyada bizneslə məşğul olan 600 böyük şirkətin 44 faizi indi də normal rejimdə fəaliyyətini davam etdirir.
Bazardan çıxarılan xarici şirkətlər arasında birinci yeri 80 faizlə finlər tutur. Danimarkalılar 73 faizlə ikinci yerdədir. Britaniya şirkətlərində bu nisbət 35 faizdir.
Ən çox itirən şirkətlər 102 milyard dollarla amerikalılar və 78 milyard dollarla ingilislər olub. Alman şirkətlərinin itkisi də 51 milyard dollar olaraq hesablanır.