Rusiyanın 2023 büdcəsi - 110 MİLYARD DOLLAR "MƏXFİLƏŞDİRİLDİ"

12:07 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 2023-cü il üçün federal büdcə layihəsində planlaşdırılan xərclərin dörddə biri gizli saxlanılır.

Hafta.az bildirir ki, Bloomberg öz hesablamalarına əsaslanaraq, “görünməmiş” məxfilik səviyyəsinin29 trilyon rubl məbləğində ümumi xərclərin 6,5 trilyon rubluna şamil olunduğunu ortaya çıxarıb.

“Rusiyanın məxfi xərclər adı altında 2023-cü il büdcəsində 110 milyard dollardan çox vəsait gizlədir. Məxfilik səviyyəsi misilsizdir və Ukraynada münaqişə başlayandan bəri ölkə hakimiyyətinin öz hesab kitablarını yoxlamaq üçün açmaq istəməməsini əks etdirir.

“Vedomosti”nin hesablamalarına görə, məxfi və çox məxfi xərclər ümumi xərclərin təxminən 23%-ni təşkil edir. Qapalı xərclərin səviyyəsi 2,7 trilyon rubl artacaq. Bloomberg qeyd edir ki, eyni zamanda hökumət bəzi əsas statistik məlumatları, o cümlədən ticarətin təfərrüatlı dağılımını dərc etməyi dayandırıb.

Oxunma sayı 2004