Rusiyanın Avropa ilə ticarəti rekord həddə düşüb

11:15 02.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında ticarət həcmi 2024-cü ilin ilk beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalaraq 28,8 milyard avroya düşüb.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, ekspertlər Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya ilə bəzi ittifaq ölkələri arasında ticarət əlaqələrinin davam etdiyinə diqqət çəkirlər.

Aİ ölkələri enerji resursları və gübrələr kimi əsas məhsulları Rusiyadan almağa davam edir. Məsələn, İtaliya Rusiyadan tekstil, maşınqayırma və ərzaq məhsulları idxal etdiyi halda, Rusiyaya metallurgiya məhsulları, minerallar və kimya məhsulları ixrac edir.

Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya Çin və Hindistan kimi ölkələrlə ticarətini artıraraq iqtisadiyyatını şaxələndirməyə nail olub. 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət həcmi 23,1 faiz artaraq təxminən 228 milyard dollara çatıb. Eyni şəkildə Hindistanla ticarət həcmi 65 milyard dollara yüksəlib.